Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku Arda Turan barədə açıqlama verib.
Rumıniyalı mütəxəssis deyib ki, millidəki karyerasını başa vuran 30 yaşlı yarımmüdafiəçinin qərarını dəyişdirməsinə çalışacaq:
“Millinin Ardaya, Ardanın da milliyə ehtiyacı var. Arda ilə görüşəcəm. Ümid edirəm ki, Ardanı yığmaya qayıtmağa razı salacam”.
Arda Turan Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. Bundan sonra o, yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
