Almaniya millisinin baş məşqçisi Yoahim Löv qalib gəldikləri Danimarka matçının ardından mətbuata açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, qələbəni şərh edən Löv: "Bender bu gün əla oyun nümayiş etdirdi. Bütün oyunçularımıza da yaxşı örnək oldu. Bu oyunda da çox qaçdıq". – ifadələrinə yer verib.
1/4 finaldakı rəqiblərinə də toxunan çalışdırıcı bunları deyib: "Yunanıstan matçı fərqli olacaq. Onlar yenə öz oyun üslubu və stilləri ilə meydanda olacaqlar".