Almaniya ilə dünya kubokunu qazanan Yoahim Löv “Fənərbağça” klubunu ziyarət etməyə gələcək.
Korner.az-ın məlumatına görə, “sarı-lacivərtlilər”in keçmiş baş məşqçisi yaxın dostu İsmayil Kartala zəng vuraraq prezident Aziz Yıdırımı və klubu ziyarət edəcəyini söyləyib.
“Prezident Aziz Yıldırma salamlarımı de. Sentyabr ayında Avropa Çempionatında qrup matçlarımız var. O oyunlar bitdikdən sonra Türkiyəyə gələcəm və Aziz Yıldırımla birgə klubla görüşəcəm”, – deyə təcrübəli mütəxəssis dostu İsmayıl Kartala bildirib.
Xatırladaq ki, Löv ötən illərdə də “Fənərbağça”nı bir neçə dəfə ziyarət etmişdi.