Bundestimin baş məşqçisi Yoahim Löv dünən heç-heçə oynadıqları Qana ilə oyun haqda fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, Löv oyunçularının çox yorulduqlarını dilə gətirib:
“Hər kəs çox yoruldu. Xüsusilə, ikinci hissədə oyunun tempi möhtəşəm idi. Belə isti havada mütəmadi olaraq irəli-geri oynamaq istəmədik, ancaq qapımızda gözlənilməz iki qol gördük. Meydanda inanılmaz güc sərf edildi. Bu turnirdə daima hücumda oynamaq ağılsızlıq olar. Hücum və müdafiəyə bərabərə səviyyədə yer verilməlidir. Açıq futbol oynayan hər zaman cəzalandırılır”.
