Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yoahim Lövlə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Korner.az-ın məlumatına görə, federasiya təcrübəli məşqçini daha 3 il millinin sükanı arxasında saxlamaq istəyir. Tərəflər bu məsələdə razılaşma əldə etsə, Löv 2018-ci il dünya çempionatında da Bundestimi çalışdıracaq.
Qeyd edək ki, Lövün rəhbərliyi altında Almaniya millisi mundialın qızıl və bürünc medallarını qazana bilib.
