Loris əlcəyini satışa çıxardı
26.04.2020 , 18:41

“Tottenhem”in qapıçısı Huqo Loris 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.
Korner.az xəbər verir ki, auksionda satılacaq əlcəyin qiyməti 850 avro göstərilib.
Qolkiper qazanılacaq gəlirin koronavirusla mübarizə aparan səhiyyə işçilərinə veriləcəyini açıqlayıb.
