Lopeteqinin yeni iş yeri
01.05.2025 , 16:25

Xulen Lopeteqinin yeni iş yeri məlum olub.
Korner.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bundan sonra Qətər millisini çalışdıracaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulacaq.
Təyinatın bu həftə rəsmən açıqlanacağı gözlənilir.
