Lopeteqinin yeni iş yeri – Rəsmi
02.05.2025 , 10:56

Yulen Lopeteqinin yeni iş yeri rəsmiləşib.
Korner.az xəbər verir ki, ispaniyalı mütəxəssis bundan sonra Qətər millisini çalışdıracaq.
Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda, təcrübəli baş məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalandığı bildirilib.
Yulen Lopeteqi son olaraq “Vest Hem”İ çalışdırıb.
