Lopeteqi: “Matçın əvvəlində bir az çətinlik yarandı”
20.09.2019 , 00:09

Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda “Qarabağ”a qalib gələn (3:0) İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Sona qədər mübarizə aparan “Sevilya” gördük. Əvvəlki matçlarda qol vurmaqda çətinlik çəksəz də, bu gün 3-nü vurduz…
– Rəqib öz meydanında oynayırdı və ab-havanı gördüz. Matçın əvvəlində bir az çətinlik yarandı. İstənilən halda, qələbəya layiq oynadıq. 1-ci qol vəziyyəti dəyişdi. Bundan sonra növbəti qolları vurmaq daha asan oldu.
– Gözlədiyiniz “Qarabağ”ı gördüz?
– Təcrübəli komanda olduğu hiss olundu. Bilindi ki, üzərində işlənmiş komandadı. Gözlədiyim kimi idilər.
– Qrupun digər oyununda “Düdelanj” sürpriz şəkildə səfərdə APOEL-ə qalib gəldi. Püşkatmadan sonrakı fikirlərinizlə indiki düşüncələriniz eynidimi?
– Futbolda təəccüblü heç nə yoxdu. əvvəlcədən heç bir matçı udduğunu düşünmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdı.
– Nəticə bəllidi. Kimdən və nədən razı və ya narazı qaldız?
– Hər hansı futbolçunu qeyd etmək istəmirəm. Komanda şəklində yaxşı oynadıq və güclü rəqibə qalib gəldik. Buna görə məmnunam.
– Hesab komandalar arasındakı fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ”la “Sevilya” arasında doğrudanmı belə böyük fərq var?
– Rəqibin APOEL-lə hər iki oyununu izləmişdim. “Qarabağ” APOEL-i, APOEL “Ayaks”ı mübarizədən kənarlaşdıra bilərdi. Deyə bilmərəm fərq nə qədərdi. İndi hamı mübarizə apara bilir.
– “Qarabağ” son 10 ildə ilk dəfə avrokubokda öz meydanında 3 qol buraxdı…
– Bu statistikadan məlumatım yox idi. APOEL-ə 0:2 uduzmuşdular, amma kifayət qədər qol epizodu yaratmışdılar. Məqsəd qələbə idi və buna nail olduq.
– Həftəsonu “Real”la qarşılaşacaqsız. Həmin matçda uduzsaz, bunu uzaq səfər, bugünkü matçın ağırlığı ilə əlaqələndirməyəcəksiz?
– Bu barədə sabah danışa bilərəm.
