Milli Basketbol Asossiyasiyasında müntəzəm çempionatın oyunları keçirilib. Dünən "LA Leykers" "Finiks Sanz" ilə qarşılaşıb. Matç "Los Anceles"in qələbəsi ilə yekunlaşıb – 132:130
Ötən il draftın iki nömrəsi Lonzo Boll bu matça rekordun bir addımlığında olub. Belə ki, o, NBA tarixində ən gənc tripl-dabl edən oyunçu olacaqdı. Lakin Bolla cəmi bir assist çatmayıb. Ümumilikdə 29 xal, 11 ribaund və 9 assistlə yadda qalan basketbolçu komandasının qələbəsində əsas pay sahibi olub.
Hazırda sözügedən rekord "Klivlend Kavaliyers"in forvardı Lebron Ceymsə məxsusdur
