"Uotford" klubunun qapıçısı Eurelyo Qomes "Arsenal"ın böyük klub olmadığını dilə gətirib.
Korner.az-ın məlumatına görə, "Tottenhem"in sabiq futbolçusu Venqerin yetirmələrinin yaxın gələcəkdə kubok qazana biləcəyinə inanmır:
"Arsenal" kiçik komandadı. Böyük oyunlarda bu özünü açıq aşkar büruzə verir. Londonlulara qarşı oyuna özümüzə güvənərək çıxmışdıq. Onların müdafiədə boşluqlar yarada biləcəyini bilirdik. "Arsenal" güclü müdafiəyə malik klub da deyil. İnanmıram ki, yaxın gələcəkdə hansısa kuboka yiyələnsinlər"
"Uotford" İngiltərə FA Kubokunun 1/4 final mərhələsində "Arsenal"ı səfərdə 2:1 məğlub edərək yarım finala yüksəlmişdi.
