London klubundan baş məşqçi ilə bağlı qərar
03.03.2025 , 16:30

“Çelsi” baş məşqçisi Enzo Mareska ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, London klubu italiyalı mütəxəssislə davam etmək fikrindədir.
Komandanın hazırkı zəif çıxışına baxmayaraq Premyer Liqa təmsilçisi 45 çalışdırıcıdan razıdır.
Klub rəhbərliyi hələ ki, Mareskanı işdən çıxarmağı düşünmür.
Ötən ilin yayından “Çelsi”ni çalışdıran mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
