London klubu onu transfer edir
26.12.2023 , 16:34
“Tottenhem”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Bornmut”un forvardı Dominik Solankeni heyətinə cəlb etmək istəyir.
Tərəflər arasında yaxın günlərdə rəsmi danışıqların olacağı gözlənilir.
Dominik bu mövsüm Premyer Liqada 17 oyunda 11 qol vurub.