Londonun “Tottenhem” klubu növbəti mövsümdən ev oyunlarını “Uembli” stadionunda keçirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə BBC məlumat yayıb.
Mənbədə deyilir ki, “Tottenhem”in hazırki stadionu “Uayt Hart Leyn”də təmir bərpa işləri gedəcək. Bu səbəbdən paytaxt təmsilçisi növbəti mövsümdən ÇL oyunlarını “Uembli”də keçirmək istəyir.
Stadion və klub rəhbərliyi arasında danışıqlar gedir.
