2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Korner.az-ın məlumatına görə, olimpiadaya yollanacaq 6 ağırlıqqaldırandan yalnız 2-si – Avropa çempionu Əfqan Bayramov (69 kq) və qitə çempionatının gümüş mükafatçısı İntiqam Zairov (94 kq) azərbaycanlıdır.
Qalan 3 kişi və 1 qadın atletə gəldikdə, Londona bolqarıstanlı Valentin Xristov (56 kq), İvan Stoitsov (85 kq) və Veliçko Çolakov (+105 kq), eləcə də Boyanka Kostovanın (58 kq) aparılması qərara alınıb. Ehtiyat ağırlıqqaldıranlar qismində isə Sərdar Həsənov (69 kq) və Yuliya Dovqal (+75 kq) nəzərdə tutulub.
Qeyd edək ki, ağırlıqqaldıranlarımızı olimpiadaya məşqçi qismində Nizami Paşayev, Zlatan Vanev və Lıçezar Kişkilov aparacaq.
lent.az
