30-cu London Yay Olimpiyadası davam edir. Korner.az-ın məlumatına görə, olimpiyadanın beşinci günündə cüdo üzrə Azərbaycan millisinin daha bir üzvü tatamiyə çıxıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov ilk görüşünü artıq keçirib. O, ilk cəhdində Kristof Lamberti (Almaniya) ilə qarşılaşıb və qələbə qazanıb.
İdmançımızın növbəti mərhələdə Dae-Nam Sonq (Cənubi Koreya) ilə görüşüb və məğlub olub.
Qeyd edək ki, Olimpiadaya lisenziya qazanan 8 cüdoçumuzdan 6-sı Londonda məğlubiyyətə üzülüb.
