London Yay Olimpiya Oyunlarında 15 yaşlı idmançı qızıl medal qazanıb. Korner.az-ın məlumatına görə, Litvanı üzgüçülükdə təmsil edən Ruta Meylutit 100 metrəyə üzmədə qızıl medala sahib çıxıb. 15 yaşlı Meylutite 1:05.47 dərəcəlik nəticə göstərib. Gümüş medalı amerikalı Rebekka Soni (1:05.55), bürünc medalı isə yapon Satomi Suzuki (1:06.46) qazanıb.