Rusiya Premyer Liqasında geridə qalan 7 həftədə cəmi 9 xal toplayan “Lokomotiv” baş məşqçi Leonid Kuçukla yollarını ayırmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, Moskva klubu onun yerinə “Qalatasaray”ın sabiq çalışdırıcısı Roberto Mançinini gətirmək istəyir.
Yaxın günlərdə tərəflər arasında danışıqların başlanacağı gözlənilir.
