“Çelsi”nin yeni transferi olan Loik Remi klubdaki hücumçu rəqbilərinə meydan oxuyub.
Korner.az-ın verdiyi məlumata görə, Remi mübarizəyə hazır olduğunu deyib:
“Çelsi” kimi klubdan təklif alınca düşünməyə imkan qalmır. Tərəddüd çəkmədən təklifi qəbul etdim. Buraya ehtiyatda oturmağa gəlməmişəm. Güclü hücumçular arasında birinci tərcih edilməyəcəyimi bilirəm. Lakin start heyət uğrunda mübarizə aparacam”
Qeyd edək ki, “Çelsi” Remini transferin son günnüdə heyətinə qatmışdı.(goal.com)
