Lixtenşteyn tarixində ilk qələbəsini Azərbaycan üzərində qazandı
07.06.2019 , 12:44

Azərbaycan U-21 millisi AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynlə səfərdə keçiridiyi ilk oyunda 0:1 hesabı ilə uduzub.
Bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Bu komanda daha öncə keçirdiyi 60 rəsmi oyununda qalib gəlməmişdi. Onlar ilk qələbəsini Azərbaycan yığması üzərində qazanıb.
Lixtenşteynin əsas yığma komandası da tarixi qələbəsini Azərbaycan üzərində qazanıb. AÇ-2000-in seçmə mərhələsi çərçivəsində 1998-ci ildə Azərbaycanı 2:1 hesabı ilə məğlub edən Lixtenşteyn tarixində ilk qələbəsini qazanmışdı.
