“Liverpul”un zədəlisi meydanlara qayıdır
03.02.2025 , 14:15

“Bornmut”la oyunda zədələnən “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnolddan yeni xəbər var.
Korner.az-ın xəbərinə görə, futbolçu tezliklə yaşıl meydanlara qayıdacaq.
Zədəsi ciddi olmayan 26 yaşlı oyunçunun növbəti turda komandasına kömək edəcəyi gözlənilir.
O, bu mövsüm London nəhənginin heyətində 31 matçda 2 qol vurub və 7 məhsuldar ötürməyə imza atıb.
