“Bayer”in (Leverkuzen) futbolçusu Yulian Brandt “Liverpul”un təklifini rədd etdikdən sonra, “mersisaydlılar” “Roma”da çıxış edən Məhəmməd Salaha göz dikib.
Korner.az-ın məlumatına görə, “Roma”nın oyunçu üçün aşağı məbləğ tələb etməyəcəyi gözlənilir.
Buna görə də, “Liverpul” “Arsenal”ın Çemberleini də transfer siyahısına salmaq fikrindədi.
23 yaşlı futbolçunun “topçular”la müqaviləsi gələn mövsüm başa çatır.
