“Liverpul”un ulduz futbolçusu ərəblərin hədəfində
21.07.2024 , 15:46

“Liverpul”un futbolçusu Vircil van Deyklə ərəblərin bir neçə klubu maraqlanır.
Korner.az xəbər verir ki, klub ulduz futbolçu üçün 55 milyon avro tələb edir.
Van Deykin Mersisayd təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
O, 2018-ci ildən “Liverpul”da çıxış edir.
