“Liverpul”un sabiq baş məşqçisində koronavirus aşkarlandı
11.04.2020 , 20:30

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqlişdə koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssisdən götürülən analizlərin cavabı müsbət çıxıb.
69 yaşlı məşqçi hazırda xəstəxana şəraitində müalicə olunur.
