“Liverpul”un portuqaliyalı futbolçusu klubunu dəyişir
10.04.2025 , 10:40

“Liverpul”un hücumçusu Dieqo Jota klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, təcrübəli forvardın xidmətində “Aston Villa”, “Nyukasl” və “Vulverhempton” kimi klublar maraqlıdır.
Mersisayd təmsilçisi portuqaliyalı futbolçu üçün 50 milyon funt-sterlinq tələb edir.
28 yaşlı oyunçu 2020-ci ildən İngiltərə nəhəngində forma geyinir.
O, bu mövsüm Premyer Liqada 31 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.
