“Liverpul”un hücumçusu zədələndi
22.12.2025 , 13:30
“Liverpul”un hücumçusu Aleksander İsak zədə ilə üzləşib.
Korner.az xəbər verir ki, İsveçli futbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem”lə (2:1) oyunda qol vurarkən ayağından zədələnib.
Klub çarpaz bağlarda problem olmadığını bildirsə də, İngiltərə mətbuatı yazır ki, onun ayağında aınıq ola bilər.
Əgər bu təsdiqlənsə, yayda 125 milyon funt-sterlinqə transfer olunan hücumçu bir neçə ay meydanlardan uzaq qalacaq.