“Liverpul”un hücumçusu milli komandaya qoşulmayacaq
08.10.2025 , 16:37
“Liverpul”un hücumçusu Federiko Kyeza İtaliya milli komandası ilə oyunlarda iştirak etməyəcək.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu fiziki vəziyyətinin hazır olmadığını əsas gətirərək baş məşqçi Cennaro Qattuzonun çağırışını qəbul etməyib.
Qattuzo məsələ ilə bağlı açıqlamasında bildirib:
“Kyeza özünü 100 faiz hazır hiss etmir. O, bu fasilədən istifadə edib formasını bərpa etmək istəyir. Mən də oyunçularımla vəziyyəti aydınlaşdırıram.”
Cari mövsümdə Kyeza 6 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə reallaşdırıb.
İtaliya millisi bu ay 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya və İsrail komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.