“Liverpul”un hücumçusu ərəblərin hədəfində
26.06.2023 , 11:58

“Liverpul”la müqaviləsi başa çatan Roberto Firmino karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə jurnaliat Fabritsio Romano məlumat yayıb.
Onun xəbərinə görə, futbolçu ilə “Əl-Əhli” maraqlanır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
