“Liverpul”un futbolçusu “Betis”də?
06.01.2025 , 10:00
“Liverpul”un futbolçusu Stefan Bayçetiç mövsümün qalan bölümünü İspaniyanın “Betis” klubunda keçirə bilər.
Korner.az-ın məlumatına görə, La Liqa təmsilçisi futbolçunun keçidində maraqlıdı. “Betis” tərəfi “Liverpul”la futbolçunun icarəyə verilməsi məsələsində razılığa gəlib.
Qeyd edək ki, Bayçetiç hazırda icarə əsasında Avstriyanın “Zaltsburq” komandasında çıxış edir.