“Liverpul”un futbolçusu əməliyyat olunacaq
19.10.2020 , 20:59

“Liverpul”un futbolçusu Vircil van Dayk əməliyyat olunacaq.
Korner.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, İngiltərə Premyer Liqasının V turunda “Everton”la qarşılaşmada (2:2) zədələnib. Müdafiəçinin çarpaz bağları qırılıb.
Futbolçunun mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcəyi ehtimal olunur.
