“Liverpul”un futbolçusu əməliyyat olunacaq
03.05.2023 , 12:19
“Liverpul”un br müddətdi zədəli olan futbolçusu Tiaqo Alkantara əməliyyat olunacaq.
Korner.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi zədəsini sağalda bilməyib. Bu mövsüm cəmi 18 oyuna çıxan futbolçu ombasından əməliyyat olunacaq.
Onun mövsümün sonuna kimi “Liverpul”a kömək edə bilməyəcəyi dəqiqləşib.