İngiltərənin "Liverpul" klubu başsız qalıb. Korner.az-ın məlumatına görə, mersisaydlıların çalışdırıcısı Kenni Daqliş tutuğu vəzifədən istefaya göndərilib. Buna səbəb 61 yaşlı şotland baş məşqçinin rəhbərliyi altında "Liverpul" Premyer Liqada 8-ci yeri tutub. Lakin komanda ötən çempionatı Daqlişin rəhbərliyi altında 8-ci yerdə bitirsə də, Liqa kubokunu qazandığından, mövsümü titulla başa vura bilib. O, “Liverpul”a 2011-ci ilin qışında, yaxında İngiltərə yığmasının baş məşqçisi təyin olunan Roy Consonun yerinə gəlmişdi.
