“Liverpul”u tərk etdi, İspaniyaya dönür
21.05.2024 , 11:00

“Sevilya” heyətinə yeni futbolçu qata bilər.
Korner.az-ın məlumatına görə, “Liverpul”dan ayrılan Tiaqo Alkantara İspaniya klubunun diqqət mərkəzindədi.
Tərəflər arasında danışıqlara start verilib və bu keçidin yayda baş tutma ehtimalı olduqca yüksəkdi.
İspaniya millisinin sabiq üzvü 2008-2013-cü illərdə “Barselona”da iştirak edib.
