“Liverpul”u tərk edir
22.04.2025 , 16:30

“Liverpul”un futbolçusu Darvin Nunes yayda klubunu tərk edəcək.
Korner.az xəbər verir ki, bununla bağlı uruqvaylı hücumçu özü qərar verib.
Mersisayd təmsilçisi isə oyunçunun getməyinə əngəl yaratmayacaq.
Nunes bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 5 qol vurub.
