“Liverpul”u “İnter”ə dəyişir
18.11.2024 , 16:05
“Liverpul”un futbolçusu Federiko Kyeza klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, “İnter” 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
İtaliya klubu oyunçunu 2025-ci ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Futbolçunun “Liverpul”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.