“Liverpul”lu futbolçu zədələndi – 2 ay olmayacaq
03.05.2019 , 14:26

Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə görüşdə zədələnən “Liverpul” klubunun futbolçusu Nabi Keytanın durumuna aydınlıq gəlib.
İngiltərə mətbuatının məlumatına görə, qvineyalı futbolçu 2 ay müddətində yaşıl meydanlardan kənar qalacaq. Oyunçunun Afrika Millətlər Liqasındada çıxış etməsi sual altına düşüb.
Qeyd edək ki, Nabi Keita cari mövsümün əvvəlində Almaniyanın “Leipziq” klubundan “Liverpul”a keçib.
