Futbol

“Liverpul”la eyni şansa sahibik” – Zinəddin Zidan

26.05.2018 , 06:00

UEFA Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

Həlledici oyuna qədər çox çətin yol keçdiklərini dilə gətirib: “Bu mövsüm finala vəsiqə qazanmaq asan olmadı. Buraya qədər çıxa bildiyimiz üçün çox sevincliyik. Bizi ÇL-də daha bir final matçı gözləyir”.

Fransız mütəxəssis Madrid təmsilçisinin portuqaliyalı ulduzu Kriştiano Ronaldonun formda olduğunu bildirib: “Ronaldo, belə oyunlar üçün yaşayır. Bu cür matçlar onun həyatına məna qatır. Finalı dörd gözlə gözləyir”.

Zidan həlledici görüşdə favorit olmadığını söyləyib: “Liverpul”la eyni şansa sahibik. Tərəflərdən heç biri favorit deyil”.

O, rəqib komandadakı həmkarı Yurgen Kloppla da bağlı fikirlərini bölüşüb: “Ona böyük hörmətim var. Çox təcrübəli məşqçidi. İnanılmaz işlər görür. Amma bənzər keyfiyyətlərimizin olduğunu söyləyə bilmərəm. Hər kəs və hər bir mütəxəssis bir-birindən fərqlənir”.

“Real” – “Liverpul” görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. Oyun Kiyev Olimpiya Stadionunda keçiriləcək.

Son yazılar

Yuxarı