“Liverpul”dan yeni transfer – Rəsmi
31.05.2025 , 11:36
“Liverpul” niderlandlı futbolçu Ceremi Frimponqu transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı cinah müdafiəçisinin transferi üçün Leverkuzen “Bayer”inə 35 milyon avro ödəyib.
Onunla 5 illik müqavilə imzalanıb.
