“Liverpul”dan yeni transfer
28.05.2021 , 19:29

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Mersisayd klubu “Leypsiq”in müdafiəçisi İbrahima Konate ilə müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı fransalı oyunçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlanıb.
