“Liverpul” yayda transferlərə böyük büdcə ayırmağı planlaşdırır.
Korner.az-ın məlumatına görə, “Fenway Sports Group” bunun üçün 100 milyon funt sərf etməyə hazırdır.
“Mersesaydlılar” Virqil van Dayk, Məhəmməd Salah, Aleks Oksled-Çemberleyn, Nəbi Keyta və Kristian Pulişiçlə yaxından maraqlanır. “Liverpul”un bu futbolçuların çoxu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.
