“Liverpul”dan “Napoli”yə?
23.06.2025 , 19:13

“Liverpul”un hücumçusu Darvin Nunes “Napoli”yə keçir.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İtaliya klubu artıq 25 yaşlı futbolçu ilə razılığa gəlib.
Klublar arasında son danışıqlar müsbət nəticələnərsə, keçidin yaxın günlərdə baş tutacağı gözlənilir.
