“Liverpul”dan müqavilə
23.08.2019 , 16:37
İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Aleks Oksleyd-Çembeyleynlə müqaviləni uzadıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, “Liverpul” İngiltərə millisinin üzvünü 2017-ci ildə “Aarsenal”dan 38 milyon avroya transfer etmişdi.