“Liverpul”dan İtaliya klubuna
16.02.2025 , 13:13

“Liverpul”un forvardı İtaliyaya yollana bilər.
Korner.az xəbər verir ki, Darvin Nunyes “Milan”a keçmək imkanına sahibdir.
Uruqvaylı futbolçunun meneceri artıq “rossonyerlər”lə danışıq aparır. “Milan” Darvin üçün lazımı transfer məbləğini də ödəməyə hazırdır.
Nunyesin “Liverpul”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
