“Liverpul”dan gözlənilməz məğlubiyyət – kubokla vidalaşdı
08.01.2019 , 09:08

İngiltərə kubokunda 1/32 final mərhələsinin daha bir oyunu keçirilib.
Bu dəfə Premyer Liqa təmsilçiləri üz-üzə gəlib. “Liverpul” səfərdə “Vulverhempton”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Yurgen Kloppun çalışdırdığı Premyer Liqanın lideri gözlənilmədən kubokla vidalaşıb. “Vulverhempton” isə 1/16 final mərhələsinə yüksəlib.
“Vulverhempton” – “Liverpul” – 2:1
Qollar: Raul Ximenes, 38 (1:0), Divok Oriqi, 51 (1:1), Ruben Neves, 55 (2:1)
