“Liverpul”dan getdi – Rəsmi
24.06.2025 , 10:00

Nataniel Fillips “Liverpul”dan ayrılıb.
Korner.az xəbər verir ki, futbolçu bundan sonra Çempionşip təmsilçisi “Vest Bromviç”də çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
İngiltərəli oyunçu 2019-cu ildən Mersisayd təmsilçisində çıxış edirdi.
