“Liverpul”dan gedir
24.06.2024 , 10:57

“Liverpul” növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, klub 37 yaşlı qapıçısı Adrian Kastillo ilə yollarını ayırır.
Təcrübəli qolkiper “Liverpul”la müqavilə yeniləmək istəməyib.
Adrianın futbolçu karyerasına başladığı “Real Betis”ə qayıtmaq istədiyi və La Liqa komandası ilə danışıqlarını davam etdirdiyi bildirilib.
