“Liverpul”dan gedir – Rəsmi
17.05.2024 , 13:42

“Liverpul”un futbolçusu Tyaqo Alkantara mövsümün sonunda komandasını tərk edəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilir.
Alkantara 2020-ci ildən “Liverpul”da forma geyinirdi.
Qeyd edək ki, təcrübəli oyunçu hazırda “Jirona”nın transfer hədəfindədir.
