“Liverpul”dan “Fənərbağça”ya?
17.04.2025 , 19:53

“Fənərbağça” heyətini “Liverpul”un oyunçusu ilə gücləndirə bilər.
Korner.az xəbər verir ki, söhbət Mersisayd təmsilçisinin 27 yaşlı futbolçusu Federiko Kyezadan gedir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, İstanbul təmsilçisinin yaxın zamanda italiyalı vingerlə danışıqlara başlayacağı bildirilib.
O, bu mövsüm 12 rəsmi matçda çıxış edib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
