İngiltərə klubundan “Bayer”ə
24.06.2025 , 10:55

“Liverpul”un müdafiəçisi Jarrell Kvanza “Bayer”lə razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına kimi müqavilənin imzalanması gözlənilir.
Leverkuzen təmsilçisi oyunçu üçün “qırmızılar”a 30 milyon avro+5 milyon avro bonus ödəyəcək.
