“Liverpul”dan ayrılır?
20.01.2025 , 16:45

İrlandiya millisinin qapıçısı Kuimhin Kelleher “Liverpul”dan ayrılmağa hazırlaşır.
Korner.az xəbər verir ki, irlandiyalı daha çox oyun vaxtı əldə etmək istəyir. “Liverpul”da isə buna zəmanət verilmir.
Çünki Alisson komandada qalacaq. “Valensiya”dan isə Giorgi Mamardaşvili transfer edilib.
Kelleherin Premyer Liqanın başqa klubuna keçə biləcəyi gözlənilir.
